• cümə axşamı, 25 aprel, 13:03
  • Baku Bakı 23°C

“Las Palmas”dan qovulan futbolçu Azərbaycana gəlir

05.02.14 12:16 1385
“Las Palmas”dan qovulan futbolçu Azərbaycana gəlir
Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçu Topaz Premyer Liqasının klublarının hədəfindədir.
Bir müddət əvvəl İspaniyanın aşağı dəstə təmsilçisi “Las Palmas”dan qovulan Spas azad agent statusuna malik olduğundan, “transfer pəncərəsi” olmadan ölkəmizə gələ bilər.
2013-cü ilin iyulunda Bolqarıstan MOİK-ini kurort şəhərinin komandasına dəyişən Delevlə vətənində də maraqlananlar var. Belə ki, Plovdiv “Lokomotiv”i hücumçu ilə müqavilə bağlamaq niyyətindədir. Lakin Bolqarıstan yığmasında 5 oyun keçirən forvardın Azərbaycandan çox cəlbedici təklif alması “dəmiryolçular”ın da işini çətinə salıb.
Qeyd edək ki, 2009-13-cü illərdə MOİK-in şərəfini qoruyan Delev 2012-ci ildə “hərbçi” karyerasına qısa fasilə verərək, Türkiyədə legioner həyatı yaşayıb. Bolqarıstanlı qonşu ölkədə “Mersin idman Yurdu”nda çıxış edib. Həmin vaxt Spas hazırda “Qarabağ”da çıxış edən İbrahim Sehiçlə komanda yoldaşı olub.
banner

Oxşar Xəbərlər