• cümə, 29 Mart, 19:05
  • Baku Bakı 14°C

La-Manşda yoxa çıxan təyyarədə futbolçu da var

22.01.19 15:25 818
La-Manşda yoxa çıxan təyyarədə futbolçu da var
La-Manş boğazında şəxsi təyyarə yoxa çıxıb.
Kaspi.az xəbər verir ki, təyyarədə "Kardiff”in rekord məbləğdə transfer etdiyi futbolçu Emiliano Sala da olub. Futbolçu "Kardiff”lə müqavilə bağladıqdan sonra Nanta qayıdaraq, bəzi məsələləri yoluna qoymağı planlaşdırırmış.
Təyyarə İngiltərə ilə Fransa arasında olarkən radarlardan itib. Hazırda təyyarənin tapılması ilə bağlı axtarış aparılır.
Sala cari mövsümdə "Nanat”ın heyətində 19 oyun keçirib, 12 qol vurmuşdu. "Kardiff” onun transferi üçün 20 milyon avro ödəmişdi.
banner

Oxşar Xəbərlər