La-Manşda yoxa çıxan təyyarədə futbolçu da var
La-Manş
boğazında şəxsi təyyarə yoxa çıxıb.
Kaspi.az xəbər
verir ki, təyyarədə "Kardiff”in rekord məbləğdə transfer etdiyi futbolçu
Emiliano Sala da olub. Futbolçu "Kardiff”lə müqavilə bağladıqdan sonra Nanta
qayıdaraq, bəzi məsələləri yoluna qoymağı planlaşdırırmış.
Təyyarə İngiltərə
ilə Fransa arasında olarkən radarlardan itib. Hazırda təyyarənin tapılması ilə
bağlı axtarış aparılır.
Sala cari
mövsümdə "Nanat”ın heyətində 19 oyun keçirib, 12 qol vurmuşdu. "Kardiff” onun
transferi üçün 20 milyon avro ödəmişdi.