La Liqanın rəhbəri PSJ-nin ÇL-dən qovulmasını tələb edir
İspaniya La
Liqasının rəhbəri Xavyer Tebas PSJ-nin cəzalandırılmasını tələb edir.
Kaspi.az xəbər
verir ki, Tebas PSJ-nin maliyyə feyr-pleyini pozduğunu iddia edib. O, Paris
klubunun avrokuboklarda iştirakına qadağa tətbiq etmək lazım olduğunu bildirib:
"Nə "Real”, nə də
"Barselona” PSJ-yə qarşı ittiham irəli sürməyi məndən tələb etməyiblər. Bu məsələ
Neymarın transferinə aid deyil.
Biz hesab edirik
ki, PSJ Avropa futbolundakı maliyyə sabitliyi üçün böyük təhlükədir. Eyni
fikirləri "Mançester Siti” haqda da demək olar.
Onların siyasəti
transfer bazarında infilyasiya yaradır. Digər komandalar bu klub-dövlətlərlə rəqabət
aparmaq üçün həddindən artıq vəsait xərcləməyə məcbur olurlar.
Hər şey UEFA-nın
standartları əsasında olmalıdır. Əgər qaydalar belə klubların avrokuboklardan
uzaqlaşdırılmasını tələb edirsə, onda onları mütləq uzaqlaşdırmaq lazımdır.
Hamını aldadan klub avrokuboklarda olmamalıdır”.