• çərşənbə, 24 Aprel, 14:00
  • Baku Bakı 27°C

La Liqada maaş cədvəli, “Barsa” 1 milyarda yaxınlaşır

14.09.18 10:25 635
La Liqada maaş cədvəli, “Barsa” 1 milyarda yaxınlaşır
İspaniya çempionatında mübarizə aparan komandaların futbolçulara verdiyi məvacib açıqlanıb.
Kaspi.az xəbər verir ki, maaş cədvəli La Liqanın saytında dərc olunub. 2018/2019 mövsümündə futbolçulara ən çox məvacib ödəyəcək komanda "Barselona” olacaq.
"Barsa”nın ödəyəcəyi maaş 633 milyon avrodur. İkinci pillədə 566,5 milyon avro ilə "Real” qərarlaşıb. Digərləri bu klublara nisbətən, xeyli az məvacib ödəyirlər. 3-cü yerdə olan "Atletiko”nun maaş cədvəli 293 milyon avro təşkil edir.
"Valensiya” 164,6, "Sevliya” 162,7, "Vilyarreal” isə 109 milyon avro məvacib ödəməli olacaq.
banner

Oxşar Xəbərlər