• cümə, 29 Mart, 11:02
  • Baku Bakı 5°C

“La Liqa Premyer Liqadan güclü deyil“

25.12.14 19:17 1015
“La Liqa Premyer Liqadan güclü deyil“
"Qaret Beyl İspaniyada oynadığı üçün La Liqanı dünyanın ən güclü çempionatı adlandırıb. Bu, başa düşüləndir. Mən də La Liqada işlədim, titullar qazandım, hətta uğursuzluğa da düçar oldum. Çempionatlar arasındakı fərqi mən daha yaxşı bilirəm".
Qol.az xəbər verir ki, bu sözləri "A Bola"ya açıqlamasında "Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo deyib.
Portuqaliyalı mütəxəssis İngiltərə Premyer Liqasının La Liqadan daha yaxşı olduğunu bildirib: "İspaniyada oyunlar başlamadan öncə hansı komandanın qalib gələcəyini təxmin etmək olur. Bu, futbolda heç də yaxşı əlamət deyil. "Real" və "Barselona" hər zaman digərlərindən daha yüksəklərdə qərarlaşır. "Atletiko" isə orada üçüncü iddialı komandadır. Ötən mövsüm onlar çempion oldular və burada təəccüblü heç nə yoxdur.
La Liqada mövsüm ərzində 126 qol vurub, 100 xal toplamaqla çempion ola bilərsən. Əgər bir çempionatda belə uğura imza atırsansa, həmin liqanı dünyanın ən yaxşısı adlandırmaq olmaz. İngiltərə Premyer Liqasında isə mövsüm ərzində 100 xal toplamaq mümkünsüzdür. Ona görə də Premyer Liqanın La Liqadan güclü olduğunu düşünürəm".
banner

Oxşar Xəbərlər