AZE | RUS | ENG |


ÇL-nin pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib

ÇL-nin pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib
Çempionlar Liqasında III təsnifat mərhələsinin növbəti cavab oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, ikinci gün 14 cüt münasibətlərini aydınlaşdırıb.
 
Bu cütlərdən 9-u "Qarabağ” kimi Çempionlar yolunda mübarizə aparırdı. Azərbaycan çempionu məhz bu cütlərin qalibləri ilə qarşılaşa biləcək. Çünki Çempionlar yolunun 10 cütünün qalibi növbəti raundda 5 cütlük təşkil edəcək.
 
Liqa yolunda keçiriləcək 5 cütün qalibini isə daha çətin sınaq gözləyir. Onlar pley-offda "Sevilya”, "Napoli”, "Liverpul”, "Hoffenhaym” və "Sportinq” kimi rəqiblərlə qarşılaşacaq. III təsnifat mərhələsində uduzacaq 15 komanda isə Avropa Liqasının pley-offunda mübarizə aparacaq.
 
Qonşu Türkiyə təmsilçisi "Başakşəhər” öz meydanında "Brügge” ilə qarşılaşıb. Səfərdə məhsuldar heç-heçə edən türkiyəlilər evdə 2:0 hesablı qələbə ilə turu keçiblər.
 
Qeyd edək ki, pley-offun püşkatması avqustun 4-də keçiriləcək.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunları
 
Çempionlar yolu 
3 avqust 
 
BATE (Belarus) - "Slaviya” (Praqa, Çexiya) - 2:1
Qollar: Sinyeviç, 5, Staseviç, 46 - Şkoda, 44
İlk oyun – 0:1
 
APOEL (Kipr) - "Vitorul” (Rumıniya) - 4:0 (əlavə vaxtda)
Qollar: Karlao, 54, Merkis, 93, de Kamarqo, 90+4, Efrem, 105
İlk oyun – 0:1
 
"Kopenhagen” (Danimarka) -  "Vardar” (Makedoniya) - 4:1
Qollar: Qrequs, 2, Lüftner, 26, Santander, 75, Sotriu, 88 - Nikolov, 19
İlk oyun - 0:1
 
"Ludoqorets” (Bolqarıstan) - "Hapoel” (Beer Şeva, İsrail) - 3:1
Qollar: Vanderson, 9, 33, Marselinyo, 56 - Qadir, 61
İlk oyun – 0:2
 
"Hafnarfyordur” (İslandiya) - "Maribor” (Sloveniya) - 0:1
Qol: Tavares, 90+2
İlk oyun – 0:1
 
"Olimpiakos” (Yunanıstan) - "Partizan” (Serbiya) - 2:2
Qollar: Qarsela Qonzales, 22, Fortunis, 51 - Sumah, 33, Curceviç, 88
İlk oyun – 3:1
 
"Legiya” (Polşa) - "Astana” (Qazaxıstan) - 1:0
Qol: Çervinski, 76
İlk oyun – 1:3
 
"Riyeka” (Xorvatiya) - "Zalsburq” (Avstriya) - 0:0
İlk oyun – 1:1
 
"Rusenborq” (Norveç) - "Seltik” (Şotlandiya) - 0:1
Qol: Forest, 69
İlk oyun – 0:0
 
Liqa yolu
 
MOİK (Moskva, Rusiya) - AEK (Yunanıstan) - 1:0
Qol: Naço, 74
İlk oyun – 2:0
 
"Başakşəhər” (Türkiyə) - "Brügge” (Belçika) - 2:0
Qollar: Adebayor, 7, Viska, 34
İlk oyun – 3:3
 
"Viktoriya” (Çexiya) - "Styaua” (Rumıniya) - 1:4
Qollar: Krmençik, 64 - Balaşa, 27, Teyşeyra, 71, Tanase, 76, Alibek, 79 (pen.)
İlk oyun - 2:2
 
"Yanq Boyz” (İsveçrə) - "Dinamo” (Kiyev, Ukrayna) - 2:0
Qollar: Oarao, 13, Mvula, 89
İlk oyun – 1:3
 
"Ayaks” (Hollandiya) - "Nitsa” (Fransa) - 2:2
Qollar: Van den Bek, 26, Sançez, 57 - Suket, 3, Marsel, 79
İlk oyun – 1:1





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1926
TRY 1 Türk lirəsi 0.4822
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2093
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7687
USD 1 ABŞ dolları 1.7008