• cümə axşamı, 25 aprel, 16:28
  • Baku Bakı 23°C

ÇL: "Kukesi"-"Qarabağ" matçında qalib müəyyənləşməyib

25.07.18 23:00 699
ÇL: "Kukesi"-"Qarabağ" matçında qalib müəyyənləşməyib
"Qarabağ” bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.

Apasport.az saytının məlumatına görə,Ağdamtəmsilçisi "Kukesi” ilə qarşılaşıb.

Qurban Qurbanovun yetirmələri ilk sınağına Albaniyada çıxıb. Görüş 0:0 hesablı bərabərliklə başa çatıb. Bir həftə sonra baş tutacaq cavab oyunu öncəsi səfərdən sərfəli nəticə ilə dönənağdamlılar turu keçmək üçün doğma meydanda qələbə qazanmalıdır.
İlk raundda Sloveniya "Olimpiya”sını qol buraxmadan (1:0, 0:0) keçən "Qarabağ” yenilənmiş heyəti ilə son illərin uğurlarını təkrarlamaq iddiasındadı. Ardıcıl 4 dəfə avrokubokların qrupuna düşən çempionumuz 3 dəfə Avropa Liqası, ötən il Çempionlar Liqasına əsas raunda yüksəlib.

Çempionlar Liqası

II təsnifat mərhələsi

İlk oyun

25 iyul

"Kukesi” (Albaniya) – "Qarabağ” (Azərbaycan) - 0:0

Şkoder. Loro Boriçi stadionu
banner

Oxşar Xəbərlər