• cümə, 29 Mart, 11:41
  • Baku Bakı 5°C

ÇL-in finalı da ABŞ-da?

11.09.18 12:21 586
ÇL-in finalı da ABŞ-da?
Belə getsə, Avropa futbolunda gəlir gətirən bütün qarşılaşmalar ABŞ-da keçiriləcək.
İspaniya çempionatının bir neçə qarşılaşmasının okeanın o tayında keçiriləcəyi bəllidir. Kaspi.az xəbər verir ki, UEFA Çempionlar Liqasının finalının da ABŞ-da keçirilməsinin əleyhinə deyil.
Bu barədə məlumatı İspaniyanın iri media şirkəti "Mediapro”nun təsisçisi və direktoru Hamu Rourеs verib. O bildirib ki, ÇL-in 2021-ci ildəki finalı Nyu-Yorkda keçirilə bilər.
Artıq bu ideyanı reallaşdırmaq üçün danışıqlar başlayıb və müxtəlif variantlar müzakirə olunur.
Qeyd edək ki, 2019-cu ildə ÇL-in finalı Madriddə, 2020-ci ildə isə İstanbulda keçiriləcək.
banner

Oxşar Xəbərlər