AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

ÇL-də Qvardiola-Zidan qarşıdurması

ÇL-də Qvardiola-Zidan qarşıdurması

İdman
16 Dekabr 2019, 15:53 208
Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. 
 
Kaspi.az xəbər verir ki, pley-off-a vəsiqə qazanan 16 komanda hərəsində 8 olmaqla iki səbətə bölünüb.
 
Qrup liderləri səpələnmişlər, ikinci yeri tutanlar isə səpələnməmişlər səbətində yer alıb. Bu mərhələdə eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxan komandalar üz-üzə gələ bilməzdilər.
 
Səpələnmişlər səbətindəki komandalar ilk görüşünü səfərdə keçirəcəklər. 1/8 finalın ən maraqlı mübarizəsi "Mançester Siti” ilə "Real”ı n qarşıdurması olacaq. ÇL-in son qalibi "Liverpul” bu mərhələdə "Atletiko” ilə qarşılaşacaq. 
 
 
"Borussiya" (Dortmund, Almaniya) - PSJ (Fransa)
"Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya)
"Atalanta" (İtaliya) - "Valensiya" (İspaniya)
"Atletiko" (İspaniya) - "Liverpul" (İngiltərə)
"Çelsi" (İngiltərə) - "Bavariya" (Almaniya)
"Lion" (Fransa) - "Yuventus" (İtaliya)
Tottenhem" (İngiltərə) - "Leypsiq" (Almaniya)
"Napoli" (İtaliya) - "Barselona" (İspaniya)
 
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək. 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü isə martın 20-də atılacaq.