• cümə, 29 Mart, 03:31
  • Baku Bakı 7°C

ÇL-də II turun növbəti oyunları keçirilib - Nəticələr

02.10.14 10:23 1332
ÇL-də II turun növbəti oyunları keçirilib - Nəticələr
Apasport.az saytının məlumatına görə, ilk turda olduğu kimi azarkeşlər yenə 4 qrupda 8 oyuna tamaşa ediblər.
Azərbayan futbol sevərləri üçün əsas diqqət Londona yönəlmişdi. İngiltərənin paytaxtında qardaş ölkə Türkiyənin ÇL-də yeganə təmsilçisi “Qalatasaray” “Arsenal”ın qonağı olub. Qrupun start matçında İstanbulda “Anderlext”in müqavimətini qıra bilməyən “Cim-Bom” bu dəfə “Dumanlı Albion”a 3 xal arxasıyca getmişdi ki, buna da nail ola bilməyib.
Qarşılaşmada “Qalatasaray” darmadağın olub - 4:1.
D qrupunun digər görüşündə isə Belçikanın “Anderlext” klubu ilə Dortmund “Borussiya”sı üz-üzə gəlib. Oyunun fovariti hesab edilən almanlar gənc heyət qarşısında çətinlik çəkməyib. Matçda 3 cavabsız qol vuran dortmundlular meydandan qalib ayrılıb.
4 dəfə ÇL-nin qalibi olmuş “Real” isə səfərdə “Ludoqorets”i 2:1, “Bazel” evində”Liverpul”u 1:0 hesabı ilə məğlub edib. “Yuventus” “Atletiko”ya 0:1, “Benfika” isə “Bayer”ə 3:1 hesabı ilə uduzub.
Günün ən erkən oyunu isə Rusiyada baş tutub. İlk turda Portuqaliyada “Benfika”nı 2:0 hesabı ilə məğlub edib, aktivinə 3 xal yazdıran “Zenit” bu dəfə “Monako” ilə münasibətlərinə aydınlıq gətirib. Oyun başladığı kimi də sona çatıb – 0:0.
Çempionlar Liqası
II tur
1 oktyabr (çərşənbə)
A qrupu
“Malmö” – “Olimpiakos” - 2:0
Qollar: Rosenberq, 42; 82
“Atletiko” – “Yuventus” - 1:0
Qol: Arda, 75
B qrupu
“Ludoqorets” – “Real” - 1:2
Qollar: Marselino, 6 - Ronaldo, 25, Benzema 77
“Bazel” – “Liverpul” - 1:0
Qol: Streller, 52
C qrupu
"Zenit – “Monako” - 0:0
“Bayer” – “Benfika” - 3:1
Qollar: Kiblinq, 25, Son Heunq-Min, 34, Çalhanoğlu, 63-pen - Salvio, 62
D qrupu
“Anderlext” – “Borussiya” - 0:3
Qollar: İmmobile, 3, Ramos, 70; 79
“Arsenal” – “Qalatasaray” - 4:1
Qollar: Uelbek, 22; 30; 52, Sançes, 41 - Burak, 63
banner

Oxşar Xəbərlər