• cümə axşamı, 28 mart, 19:08
  • Baku Bakı 13°C

KXDR-Cənubi Koreya sammitinin nəticələrinə əsasən birgə sənəd imzalanıb

19.09.18 14:30 470
KXDR-Cənubi Koreya sammitinin nəticələrinə əsasən birgə sənəd imzalanıb
Sentyabrın 19-da KXDR lideri Kim Çen In və Koreya Respublikasının Prezidenti Mun Ce-in Pxenyanda keçirilən sammitin nəticələrinə əsasən birgə sənəd imzalayıblar.
AZƏRTACTASS informasiya agentliyinə istinadla xəbər verir ki, sənədin imzalanma mərasimi "Pekhvavon” dövlət iqamətgahında baş tutub. Liderlər nüvəsizləşdirmə üzrə tədbirləri davam etdirmək, ikitərəfli münasibətləri normallaşdırmaq, mümkün sahələrdə əməkdaşlıq qurmaq, iki azad iqtisadi zona yaratmaq barədə razılığa gəliblər. Sammit çərçivəsində, həmçinin birgə hərbi komissiya, sülh zonası yaradılması haqqında da razılıq əldə olunub, müvafiq sənədlər imzalanıb.
ABŞ Prezidenti Donald Tramp iki ölkə arasında yeni sazişlərin imzalanmasını alqışlayaraq özünün "Twitter” səhifəsində belə yazıb: "Kim Çen In nüvə obyektlərində təftişə və beynəlxalq ekspertlərin iştirakı ilə nüvə poliqonunun və start meydanının tam bağlanmasına icazə verib. Bununla yanaşı, Şimali və Cənubi Koreya 2032-ci illərdə keçiriləcək Olimpiya oyunlarının keçiriləsi üçün birgə ərizə verəcək”.
Xatırladaq ki, sentyabrın 18-20-də KXDR-in paytaxtında tarixdə 5-ci, cari ildə isə 3-cü koreyalararası sammit keçirilir.
banner

Oxşar Xəbərlər