• şənbə, 20 Aprel, 10:16
  • Baku Bakı 14°C

KXCP-yə hücum! Kimdən şübhələnirsiniz?

03.09.13 10:28 1158
KXCP-yə hücum! Kimdən şübhələnirsiniz?
“Bu gecə KXCP-nin ofisinə təxribat xarakterli hücum olub”. Bunu ANS PRESS-ə açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyası, Təbriz (Nərimanov) rayon şöbəsinin sədri, Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu bildirib.
X.Teyyublu qeyd edib ki, partiyanın giriş hissəsində dövlət bayrağının asıldığı yer sındırılıb və aparılıb: "Ancaq qərargaha daxil ola bilməyiblər. Azərbaycanın müstəqillik mübarizəsində xidməti olmuş partiyanın qərargahına və dövlət bayrağına hörmətsiz davranış hamımızı narahat edir".
O, bunu KXCP-na qarşı seçkiqabağı təxribat kimi qiymətləndirib: "Bu, partiyamıza qarşı bir təxribatdır. Partiyanın ofisinin yanında dövlət obyekti var və müşahidə kamerası polis orqanlarına imkan verir ki, bu hadisəni araşdırıb qiymət versin".
X.Teyyublu bununla bağlı Nərimanov RPİ-nə məlumat verməyə hazırlaşdığını deyib.
Xatırladaq ki, bir neçə gün öncə KXCP sədri Mirmahmud Mirəlioğlu Milli Şuranın ehtiyatda olan vahid namizədinə imza toplama kampaniyasında iştirakdan imtina etmişdi. O, bunu AXCP və Müsavatın partiyalar arasında ayrıseçkilik salması ilə izah etmişdi.
banner

Oxşar Xəbərlər