AZE | RUS | ENG |


Kvirikaşvili: “Regionda sülh və sabitliyin qorunub saxlanması daha çox səylər tələb edir”

Kvirikaşvili: “Regionda sülh və sabitliyin qorunub saxlanması daha çox səylər tələb edir”
"Gürcüstanla yanaşı, region da təhlükəsizlik problemləri ilə üzləşir və təəssüf ki, bu, bütün dünya üçün ümumi olub”.
 
APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Batumidə müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı keçirilən konfransda deyib.

Baş nazir bildirib ki, sülh və sabitliyin qorunub saxlanması daha çox səylər tələb edir: "Bu gün bu problemlərin öhdəsindən gəlmək üçün daha dərin müzakirələrə ehtiyac var. Bizim təhlükəsizlik üzrə konfrans bu cür müzakirələrin keçirilməsi üçün əhəmiyyətli regional formata çevrilib”.
  
G. Kvirikaşvili Gürcüstanın döst ölkə və tərəfdaşlarına dəstəyə görə təşəkkür edərək qeyd edib ki, bu, ölkə üçün çox vacibdir: "Yalnız bu yolla biz təkcə ölkədə deyil, bütün regionda sülh, təhlükəsizlik və davamlı inkişafı təmin edə bilərik”. 
 
Gürcüstanın ərazilərinin işğalına toxunan baş nazir deyib ki, Rusiyanın ölkəyə qarşı aqressiyası davam etməkdədir: "Rusiyanın aqressiv siyasəti etnik diskriminasiya və təmizləmə kimi proseslərdə özünü göstərir. Təxribatçı addımlara baxmayaraq, Gürcüstan 2008-ci ildə əldə olunmuş atəşkəs rejimi ilə bağlı sazişə sadiqdir və Rusiyanın beynəlxalq norma və prinsiplər əsasında öhdəliklərinin yerinə yetirməsinə nail olmaq üçün diplomatik addımlar atır”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001