• cümə, 29 Mart, 00:58
  • Baku Bakı 7°C

Kvasnevski: “Qaz təchizatı məsələsində Azərbaycana güvənirik”

17.03.17 13:30 473
Kvasnevski: “Qaz təchizatı məsələsində Azərbaycana güvənirik”
"Azərbaycanla Polşa arasında prezidentlər və hökumətlər səviyyəsində çox yaxşı əlaqə var. Polşa Azərbaycanla iqtisadi və siyasi əlaqələrinin inkişafında çox maraqlıdır”.
APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Polşanın sabiq prezidenti Aleksandr Kvasnevski deyib.
"Biz qaz təchizatı məsələsində Azərbaycana güvənirik. Çünki Polşa qaz resurslarını diversifikasiya etmək istəyir. Tək Rusiya deyil, başqa yerlərdən də, məsələn Qətər və Azərbaycandan qaz almaq istəyirik. Münasibətləri inkişaf etdirmək üçün potensial var. 25 il əvvəl başlayan Polşa-Azərbaycan əməkdaşlığı prosesi yaxşı irəliləyir”, - deyə o vurğulayıb.
banner

Oxşar Xəbərlər