• cümə axşamı, 25 aprel, 19:57
  • Baku Bakı 21°C

Kvasnevski: “BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmədən irəliləyiş şansı görmürəm”

17.03.17 13:00 735
Kvasnevski: “BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmədən irəliləyiş şansı görmürəm”
"Mən 1995-2005-ci illərdə Polşanın prezidenti olarkən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə iştirak edirdim”.
APA-nın məlumatına görə, bu sözləri Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski deyib. O bildirib ki, Polşa Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edib: "Münaqişənin həlli ilə bağlı hansısa həllə və bu dramın sona çatdırılmasına nail olmağa çalışırdıq. Çox təəssüf ki, illər keçsə də, vəziyyət dəyişməyib. Uzun illərdir ki, münaqişə dondurulmuş münaqişəyə çevrilib.BMTTəhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmədən mən irəliləmə şansı görmürəm. Çox optimist deyiləm, lakin hesab edirəm ki, dünya ictimaiyyətindən vəBMTTŞ-dən tələb etmək lazımdır ki, bu qərarların yerinə yetirilməsi üçün mümkün olan hər şeyi etsinlər. Bu, bir nömrəli vacib addımdır”.
banner

Oxşar Xəbərlər