AZE | RUS | ENG |

Kvasnevski: “BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmədən irəliləyiş şansı görmürəm”

Kvasnevski: “BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmədən irəliləyiş şansı görmürəm”
"Mən 1995-2005-ci illərdə Polşanın prezidenti olarkən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə iştirak edirdim”.
 
APA-nın məlumatına görə, bu sözləri Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski deyib. O bildirib ki, Polşa Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edib: "Münaqişənin həlli ilə bağlı hansısa həllə və bu dramın sona çatdırılmasına nail olmağa çalışırdıq. Çox təəssüf ki, illər keçsə də, vəziyyət dəyişməyib. Uzun illərdir ki, münaqişə dondurulmuş münaqişəyə çevrilib. BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmədən mən irəliləmə şansı görmürəm. Çox optimist deyiləm, lakin hesab edirəm ki, dünya ictimaiyyətindən vəBMT TŞ-dən tələb etmək lazımdır ki, bu qərarların yerinə yetirilməsi üçün mümkün olan hər şeyi etsinlər. Bu, bir nömrəli vacib addımdır”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6953
GBP 1 İngilis funt sterlinqi 2.2810
TRY 1 Türk lirəsi 0.3570
KWD 1 Küveyt dinarı 5.6263
SEK 1 İsveç kronu 0.1954
EUR 1 Avro 2.0001
CHF 1 İsveçrə frankı 1.7127
USD 1 ABŞ dolları 1.7000