• cümə axşamı, 18 aprel, 11:17
  • Baku Bakı 12°C

Küsdü, stadionu tərk etdi

17.09.18 11:20 653
Küsdü, stadionu tərk etdi
"Bavariya”nın yarımmüdafiəçisi Frank Riberi cəzalana bilər.
Kaspi.az xəbər verir ki, Riberinin "Bayer”lə oyunda etdiyi hərəkət klub rəhbərliyi tərəfindən araşdırılacaq. Oyunda ehtiyatda qalan Riberi qarşılaşmanın başa çatmasına 7 dəqiqə qalmış nümayişkaranə surətdə stadionu tərk edib.
O, stadionu tərk edərkən, "Bavariya”nın baş məşqçisi Niko Kovaç 3-cü əvəzetmə ilə bağlı göstəriş vermişdi. Meydana çıxmayacağını bilən Riberi ehtiyat oyunçular skamyasını tərk edərək, stadiondan çıxıb.
Böyük ehtimalla, klub rəhbərliyi bu hərəkətinə görə ona pul cəzası kəsəcək. Riberinin Kovaçla münasibətlərinin qaydasında olmadığı da iddia edilir.
banner

Oxşar Xəbərlər