• şənbə, 20 Aprel, 06:55
  • Baku Bakı 14°C

Kurtuanın agenti dələduzluqda ittiham olunur

12.10.18 14:30 600
Kurtuanın agenti dələduzluqda ittiham olunur
Məşhur futbol agenti Kristofer Henroti dələduzluqda ittiham olunur.
Kaspi.az xəbər verir ki, Henrotinin, əməkdaşlıq etdiyi futbolçuların və məşqçilərin bağladıqları müqavilələrdən bir neçə milyon avronu mənimsədiyi bildirilir. O, Tibo Kurtua və Romelu Lukaku kimi futbolçularla əməkdaşlıq edir.
Kristoferin son transferi Kurtuanın "Çelsi”dən "Real”a keçidi olub. Ancaq ondan "Real”ın qapıçısı yox, uzun müddət əməkdaşlıq etdiyi məşqçi Piter Smit şikayət edib.
Belçika mətbuatının iddiasına görə, agent, Kurtuanın transferi zamanı da bir neçə milyon avronu mənimsəyib. Onun, Lukakunun, Yuri Tilemansın və Leandero Dendonkeromun transferləri zamanı da maxinasiyaya əl atdığı bildirilir.
banner

Oxşar Xəbərlər