• cümə axşamı, 25 aprel, 20:32
  • Baku Bakı 21°C

Kürdəmirdə minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var

02.09.18 22:46 590
Kürdəmirdə minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var
Kürdəmir rayonunda yol qəzası baş verib.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonunHeydər Əliyevprospektində qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı minik avtomobili "Hyundai" markalı yük maşınına çırpılıb. Nəticədə "VAZ-2107"-in sürücüsü, Mürtülü kənd sakini, 1985-ci il təvəllüdlü Qədirov Səfalı Malik oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı əvvəlcə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundanS.QədirovBakıdakı xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər