Kürdəmirdə

Kürdəmirdə "Ford" "Vaz"la toqquşdu, sürücülərdən biri öldü

Kriminal
05 Avqust 2019, 21:38 15056
Kürdəmir rayonunun Qarasaqqal kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 4-də saat 16 radələrində Kürdəmir rayonunun Qarasaqqal kəndi ərazisində kənd sakini Lazım Rəsulovun idarə etdiyi "VAZ-2107” və Xırdapay kənd sakini N.Qədirovun idarə etdiyi "Ford” markalı avtomobillər toqquşub.
Nəticədə L.Rəsulov hadisə yerində ölüb.
Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.