• cümə, 29 Mart, 14:39
  • Baku Bakı 14°C

Kürdəmirdə əhali tibbi müayinədən keçirildi

04.05.15 10:42 1105
Kürdəmirdə əhali tibbi müayinədən keçirildi
Milli Məclisin üzvü, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun təşəbbüsü ilə Kürdəmirin bir sıra kəndlərində əhalinin tibbi müayinə və müalicə kampaniyası həyata keçirilib.
Bu günlərdə (1-2 may) keçirilən aksiyanın əsas məqsədi kəndlərdə yaşayan sakinlərin tibbi müayinəsi və aşkar olunan xəstələrə ixtisaslaşmış tibbi yardım göstərməkdən ibarət olmuşdur.
Aksiya zamanı Kürdəmirin sakinləri ətraflı tibbi müayinədən keçib, əhaliyə konsultativ və müvafiq tibbi-profilaktik yardım təşkil edilib. Ayrı-ayrı şəxslərə yerindəcə tibbi yardım göstərilib. Müayinə nəticəsində bir sıra xəstəliklər aşkar olunmuş sakinlərin müvafiq müalicə prosedurlarına cəlb olunması qərara alınıb.
Aksiyada Azərbaycan Tibb Universitetinin yüksək ixtisaslı həkim-mütəxəssisləri iştirak ediblər. Kürdəmirə ezam olunan tibbi briqadanın tərkibinə - ginekoloq Quliyeva Səkinə, pediatr - Cəfərov Asif, oftalmoloq - Bayramov Zamin, onkoloq - Quliyeva Tamara, cərrah - Məmmədov Ruslan, endokrinoloq - İsmayılova Könül, terapevt-kardioloq Əfəndiyev İbrahim, USM həkimi - Əliyeva Səidə, onkoloq - Mehdiyeva Elnarə, dəri-zöhrəvi xəstəlikləri həkimi - Ağazadə Maqsud, qulaq-burun-boğaz xəstəlikləri həkimi - Qurbanov Ülfət, nevropatoloq - Musayeva Aygün daxil olub.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilib. Millət vəkilinin təşəbbüsü ilə hər il bir neçə dəfə adı çəkilən rayonların əhalisinin tibbi müayinə və müalicəsi təşkil olunur.
banner

Oxşar Xəbərlər