Kürdəmirdə ağır qəzada xəsarət alanların VƏZİYYƏTİ

Kürdəmirdə ağır qəzada xəsarət alanların VƏZİYYƏTİ

Kriminal
09 Sentyabr 2019, 11:51 342
Ötən gün Kürdəmir rayonunda baş verən ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub.
Trend-in məlumatına görə, Ağsu-Kürdəmir-İmişli yolunun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınan qəzada iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralılara Şüşün kənd sakini 1961-ci il təvəllüdlü Gülməmmədov Ramil İbrahim oğlu sağ baldır sümüklərinin qəlpəli sınığı, L1 fəqərələrin cismən qapalı sınığı, alnın əzilmiş-cırılmış yarası və Qaramahmud kənd sakini 1994-cü il təvəllüdlü Eyyubov Rüfət Mürvət oğlu alnın əzilmiş, cırılmış yarası xəsarətləri diaqnozu qoyulub.

Xəstələr bir müddət tibbi yardım aldıqdan sonra ambulator müalicəyə yola salınıblar. Qeyd edək ki, qəzaya səbəb minik avtomobilinin qarşısına iribuynuzlu heyvanın çıxması olub.