• çərşənbə axşamı, 16 aprel, 07:57
  • Baku Bakı 14°C

Kürdəmir sakinləri pulsuz müayinə olunub

05.06.13 14:33 1380
Kürdəmir sakinləri pulsuz müayinə olunub
Kürdəmirdə iki kəndin əhalisi pulsuz müayinə olunub. Bu xeyriyyə aksiyası deputat, Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Əhliman Əmiraslanovun təşəbbüsü ilə həyata keçirilib.
ATU-nun mətbuat xidmətindən verilən məlumata görə, iki günlük aksiya zamanı Kürdəmirin Molla və Muradxanlı kəndində ATU-nun müxtəlif ixtisaslı həkim qrupu onlarla kənd sakinini müayinə ediblər. Aksiyaya qatılan rayon sakinləri müayinə ilə yanaşı, zəruri həkim məsləhəti də alıblar. Hətta ətraf kəndin sakinləri də Molla və Muradxanlıya gələrək həkimlərə müraciət edib. Müayinələrdən sonra səhhətində problem aşkarlanan bəzi sakinlər müalicə olunmaq üçün Bakıya göndəriliblər.
Qeyd edək ki, ötən ay Milli Məclisin 65 saylı seçki dairəsindən seçilmiş deputat Əhliman Əmiraslanovun təşəbbüsü ilə Saatlı və Sabirabad rayonlarında da oxşar xeyriyyə aksiyası keçirilmişdi.
banner

Oxşar Xəbərlər