• cümə axşamı, 28 mart, 15:25
  • Baku Bakı 16°C

Kürdəmir icra başçısının sabiq müavininin və şöbə müdirinin həbs müddəti uzadılıb

11.12.20 13:15 465
Kürdəmir icra başçısının sabiq müavininin və şöbə müdirinin həbs müddəti uzadılıb
Binəqədi rayon Məhkəməsində Kürdəmir rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov və ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimovun barələrində seçilmiş həbs qətimkan müddətinin uzadılması ilə bağlı istintaq orqanın təqdimatlarına baxılıb.
APAxəbər verir ki, Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə təqdimatlar təmin edilib.
Hər iki şəxsin həbs müddəti uzadılıb.
Qeyd edək ki, bu il avqustunda Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı icra başçısı Ceyhun Cəfərovla yanaşı, icra başçısının birinci müavini Tacəddin Novruzov və ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov saxlanılıblar.
İstintaq orqanı tərəfindən Tacəddin Novruzov və Natiq Kərimovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.
banner

Oxşar Xəbərlər