• cümə axşamı, 02 may, 01:14
  • Baku Bakı 15°C

Kürdə son günlər üzrə sululuq səviyyəsi dəyişdi

11.02.18 11:30 535
Kürdə son günlər üzrə sululuq səviyyəsi dəyişdi
Çaylarda son günlər üzrə sululuq səviyyəsi dəyişib. Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-160, Kiçik Qafqazın çaylarında 190-210, Lənkəran-Astara bölgəsi çaylarında 100-160, Naxçıvan MR çaylarında isə 170 faizini təşkil edib.
Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, fevralın 9-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 198 m3/s olmaqla ongünlük normanın 119 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 120 m3/s olmaqla ongünlük normanın 72 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 43 m3/s olmaqla, ongünlük normanın 63 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 62 m3/s təşkil edərək ongünlük normanın 90 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, fevralın 09-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 4, Salyanda 6, Bankədə 10, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 3 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 359 sm (2017-ci il fevralın 09-da 464 sm), Şirvanda 229 sm (2017-ci il fevralın 09-da 329 sm), Salyanda 193 sm (2017-ci il fevralın 09-da 311 sm), Bankədə 189 sm (2017-ci il fevralın 09-da 251 sm), Araz çayının Novruzlu məntəqəsində isə 102 sm (2017-ci il fevralın 09-da 180 sm) təşkil edir.
banner

Oxşar Xəbərlər