• cümə, 26 Aprel, 13:01
  • Baku Bakı 23°C

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 10 santimetr artıb

28.12.19 14:30 544
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 10 santimetr artıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 120, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan çox olmaqla onun 150, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və norma daxilində olmaqla onun 30-100 faizini təşkil edir.
DepartamentdənAZƏRTAC-a bildiriblər ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 10 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 129 kubmetr təşkil edir ki, bu da ongünlük normaya yaxın olmaqla onun 88 faizinə bərabərdir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 30 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 41 faizini təşkil edir.
Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 2 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 106 kubmetr təşkil edir. Bu da ongünlük normaya yaxın olmaqla onun 81 faizinə bərabərdir.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində azalaraq 390, Şirvan məntəqəsində 2 santimetr artaraq 219, Salyanda 6 santimetr azalaraq 166, Bankə məntəqəsində 3 santimetr artaraq 173, Araz çayının Novruzlu məntəqəsində isə 6 santimetr azalaraq 106 santimetr təşkil edib.
banner

Oxşar Xəbərlər