• cümə axşamı, 25 aprel, 02:53
  • Baku Bakı 19°C

Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb

12.10.18 15:53 494
Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-70, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara çaylarında 10-40, Naxçıvan Muxtar Respublikası çaylarında isə 5 faizini təşkil edir.
DepartamentdənAZƏRTAC-a bildiriblər ki, oktyabrın 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 130 kubmetr olmaqla ongünlük normanın 77 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 145 kubmetr təşkil etməklə ongünlük normanın 86 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 68 m3/s olmaqla ongünlük normanın 64 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 81 kubmetr təşkil edərək ongünlük normanın 76 faizinə bərabər olub.
Oktyabrın 12-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 6, Salyanda 8, Bankədə 1 santimetr azalma qeydə alınıb, lakin Surrada və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi dəyişməyib.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 331 (2017-ci il oktyabrın 12-də 378 sm), Şirvanda 189 (2017-ci il oktyabrın 12-də 273 sm), Salyanda 133 (2017-ci il oktyabrın 12-də 240 sm), Bankədə 170 (2017-ci il oktyabrın 12-də 217 sm), Araz çayının Novruzlu məntəqəsində isə 36 santimetrə (2017-ci il oktyabrın 12-də 102 sm) bərabərdir.
banner

Oxşar Xəbərlər