• cümə axşamı, 18 aprel, 17:48
  • Baku Bakı 22°C

Kür çayı üzrəində yeni körpü istifadəyə verilir

01.11.13 09:16 1588
Kür çayı üzrəində yeni körpü istifadəyə verilir
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 8-ci kilometrində Kür çayı üzərində qurulan körpü 4 dayaqdan, 3 aşırimdan ibarətdir. Birinci və üçüncü aşırımın uzunluğu hərəsi 82, ikinci orta aşırım 140 metrdir.
Körpünün uzunluğu, ümumilikdə 304, eni 15 metrdir.
P.Mürsəliyev deyib ki, körpüdə hər iki tərəfdə piyadalar üçün səkilər salınacaq. Artıq ikinci və üçüncü aşırımın döşəmə hissəsi və yan divarlar betonlanıb. Üst hissənin betonlanmasına yaxın 5-6 gündə başlanılacaq. Birinci aşırımın içəri hissəsinin qəlibi qurulub, yan divarlar və döşəmə hissəsi armaturlanıb.
Körpünün giriş hissəsində yanaşma yolu tikilib, asfalta hazırlanır. Çxış hissəsində isə dolğu, torpaq işləri gedir.
Onun sözlərinə görə, körpünün 8-9 ballıq zəlzələyə davamlılığı var.
banner

Oxşar Xəbərlər