• cümə, 19 Aprel, 02:41
  • Baku Bakı 18°C

Kür çayı üzərində salınmış yeni körpünün açılışı olub

28.08.14 14:15 1553
Kür çayı üzərində salınmış yeni körpünün açılışı olub
Azərbaycan prezidenti İlham Əliyev Hacıqabul-Bəhrəmtəpə yolunun Şirvan şəhərindən keçən hissəsində - Kür çayı üzərində inşa olunan avtomobil körpüsünün açılışında iştirak edib.

Dövlət başçısı körpünün rəmzi açılışını bildirən lenti kəsib.
Nəqliyyat naziri Ziya Məmmədov prezident İlham Əliyevə məlumat verib ki, körpünün uzunluğu 317 metr, eni isə 15 metrə yaxındır.
Diqqətə çatdırılıb ki, körpünün tikintisi zamanı nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud dəmir konstruksiyalı köhnə körpüdə tikinti-quraşdırma işləri həyata keçirilib./apa/
banner

Oxşar Xəbərlər