• cümə axşamı, 28 mart, 18:42
  • Baku Bakı 13°C

Kumanın “narıncı” təyinatı

07.02.18 10:10 912
Kumanın “narıncı” təyinatı
Hollandiya yığmasının yeni baş məşqçisi bəlli olub.
Kaspi.az xəbər verir ki, "narıncılar”ın "sükan”ı Ronald Kumana tapşırılıb. Bu barədə məlumatı Hollandiya Kral Futbol İttifaqı yayıb.
Yığmanın sabiq futbolçusu ilə 4 illik müqavilə imzalanıb. O, DÇ-2022-nin sonuna qədər yığmada fəaliyyət göstərəcək. Kumanın qarşısında qoyulan əsas tələb yığmanı Avro-2020 və DÇ-2022-nin final mərhələsinə çıxartmaqdı.
Kuman futbolçu kimi Hollandiya yığmasının heyətində Avro-1988-in qalibi olub.
banner

Oxşar Xəbərlər