• şənbə, 20 Aprel, 08:46
  • Baku Bakı 14°C

Külli miqdarda pul və qızıl-zinət oğurlayan şəxslər tutulub

25.01.17 09:45 735
Külli miqdarda pul və qızıl-zinət oğurlayan şəxslər tutulub
Lənkəranda kredit təşkilatının ofisindən içərisində pul və qızıl-zinət əşyaları olan seyfi oğurlamaqda təqsirli bilinən iki nəfər saxlanılıb.
Rayon-Şəhər Polis İdarəsindənAPA-nın cənub bürosuna bildirilib ki, tutulan şəxslər təşkilatın əməkdaşı Ruslan Əzimov və onun tanışı Əkbərov Əvəz Yaşar oğludur.
Məlumatına görə, həmin şəxslərin "VizaKredit” MMC bank olmayan kredit təşkilatının Lənkərandakı ofisindən apardıqları seyfin içərisində 7 min 500 ABŞ dolları, 3 min 500 manat, xeyli miqdarda qızıl-zinət əşyası, qurumun rəsmi sənədləri, möhürü olub.
Oğurlanan pul və digər əşyalar onlardan maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər