AZE | RUS | ENG |

Küləyin sürəti güclənəcək

Küləyin sürəti güclənəcək
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə Abşeron yarımadasında 6-9, gündüz 14-19, Bakıda gecə 6-8, gündüz 16-18 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq.
Azərbaycanın rayonlarında martın 13-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti təşkil edəcək.
Xəbərdarlığa görə, sabah Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin sürətinin 15-18 m/s olacağı, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9005
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1746
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6843
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.2798