• cümə, 26 Aprel, 12:52
  • Baku Bakı 23°C

Küləkli və yağışlı hava şəraiti... - Proqnoz

26.11.14 12:14 1116
Küləkli və yağışlı hava şəraiti... - Proqnoz
Bakıda və Abşeron yarımadasında noyabrın 27-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində yağıntılı olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 4-6, gündüz 6-8 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında noyabrın 27-da hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
banner

Oxşar Xəbərlər