• cümə, 19 Aprel, 23:47
  • Baku Bakı 24°C

Küləkli və yağışlı hava gəlir... - Proqnoz

25.04.14 10:35 1166
Küləkli və yağışlı hava gəlir... - Proqnoz
Mülayim cənub küləyi axşama doğru arabir güclənən şimal küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 8-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında aprelin 25-də arabir şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər