• cümə axşamı, 09 may, 00:12
  • Baku Bakı 15°C

Küləkli hava nə vaxtadək davam edəcək?

18.06.13 11:26 1299
Küləkli hava nə vaxtadək davam edəcək?
Yaxın iki gün ərzində küləkli hava şəraiti hökm sürəcək. Şimal-qərb küləyinin sürəti arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 17-22 dərəcə, gündüz 26-31 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyunun 19-da hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, yağış yağacaq. Arabir güclənən qərb küləyi əsəcək. Temperatur gecə 17-22 dərəcə, gündüz 29-34 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 19-24 dərəcə isti təşkil edəcək.
banner

Oxşar Xəbərlər