• cümə, 19 Aprel, 23:55
  • Baku Bakı 24°C

Küləkli hava davam edəcək - Proqnoz

13.09.14 12:52 892
Küləkli hava davam edəcək - Proqnoz
Bakı və Abşeron yarımadasında sentyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 18-23, gündüz 27-31 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət axşam və gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.
Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh kəndiçimərliklərində 23-24, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna çimərliklərində 24-25, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində də 25-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sentyabrın 14-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 19-24, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
Küləkli hava şəraiti sentyabrın 14-ü axşamadək davam edəcək.
banner

Oxşar Xəbərlər