• çərşənbə axşamı, 19 mart, 11:21
  • Baku Bakı 8°C

“Küləklə sovrulanlar” romanı haqqında bəzi maraqlı faktlar

14.01.19 14:15 4155
“Küləklə sovrulanlar” romanı haqqında bəzi maraqlı faktlar
Bekarlıqdan və rəfiqənin acığına yazılan bu əsər müəllifə şöhrət, uğur və çoxlu pul qazandırdı. Marqaret Mitçellin sevgi və 1860-ci illəri əhatə edən Amerika vətəndaş müharibəsindən bəhs edən əsərin bu il 83 yaşı tamam olur. Əsər ilk dəfə 1936-ci ildə çap olunub. Bu münasibətlə sizə bu romanla bağlı bəzi maraqlı faktları təqdim edirik:

1.1926-ci ildə Marqaretin 25 yaşı vardı. O "Atlanta Journal Sunday Magazine" adlı dərgidə jurnalist kimi çalışırdı. Bu əsəri yazmamışdan əvvəl də özünü yazıçı kimi sınamışdı. Cavanlıq illərində gənclər haqqında roman yazmağa başlamışdı. Lakin bu dəfə hər şey tamamilə başqa cür idi. Mitçell topuğundan aldığı ağır zərbəyə görə uzun müddətli məzuniyyət götürür. Lakin ayağı gec sağalırdı və o işdən azad edilir. Boşluq, sıxıcı zamanlardan qurtulmaq üçün o tamamilə yeni bir mövzuda əsər yazmaq qərarına gəlir.
2. Əsəri yazmağa başlayanda ilk yazılma günü Mitçel əvvəlcə son hissəni yazır, daha sonra o əsərin əvvəlini tamamlayır. Obrazların, hadisələrin, məkanların sayı getdikcə artır, beləliklə əsər düz 10 il müddətində ərsəyə gəlir.
3. Heç kəs bilmirdi ki, Mitçell yeni kitab üzərində işləyir. Halbuki, o bu əsərə on ilini sərf edib. Dostlarından, hətta ailə üzvlərindən əsər yazmağını gizlədən Mitçell bir dəfə evinə gələn qonaqlardan otağın mərkəzinə tökülmüş əlyazmaları gizlətmək üçün tələsik onları köhnə xalça ilə örtür.
4. Mitçell əsəri bitirsə də əsla onu çap etmək fikrində deyildi.Hər şey təsadüfən dəyişir. Rəfiqəsiylə söhbət əsnasında yeni roman yazdığını ağzından qaçıran Mitçellə rəfiqəsi kinayə ilə "Buna bax! Sən kitab yazmısan”. (Rəfiqənin adı tarixə düşməsə də, biz ona çox minnətdarıq) Bu sözlər Mitçellin xətrinə dəyir, eyni zamanda onu artıq bitirdiyi əsəri çap etməyə sövq edir. Elə səhəri günü əlyazmanı "Macmillan” nəşriyyatına göndərir. Bir müddət sonra peşman olur, redaktora teleqram vurur, "Fikrimi dəyişdim. Əlyazmanı geri göndərin” deyir. Xoşbəxtlikdən o gecikmişdi. Kitab redaktorun o qədər xoşuna gəlir ki, onu artıq korrektora göndərildiyini bildirir. Bir il sonra Mitçell 1937-ci ildə Pulitser mükafatına layiq görülür.
5. Əsərin qəhrəmanı əvvəlcə "Pensi Ta” adlanırdı. Bəlkə də, bu adla əsəri oxuyardıq, əgər redaktor qəhrəmanın adını dəyişməyi ondan istəməsəydi. "Mənim üçün fərq etməz, lap istəyirsiz Ohara qoyun” dostu eyni zamanda redaktorun köməkçisinə yazaraq bildirmişdi.
6. "Tara” adlı pambıq plantasiyası ilkin əlyazmada Tara adını daşımırdı. Nəinki baş qəhrəmanlar, hətta məkan adları da dəyişirdi. "Küləklə sovrulanlar” əsərində Tara ilk öncə "Fontenoy Holl” adını daşıyırdı.
7. Kitabı oxumasaz belə, yəqin ki, bu məhşur ifadəni eşitmisiz: "Sabah yeni gün olacaq.” Bu romanın son cümləsidir, elə əsərin adı da belə olacaqdı. Ümümiyyətlə, kitab çap olunma ərəfəsində əsərin 24 adı var idi. Sonda Mitçell əsərin adını yazıçı Ernest Dousonun şeirinin misrasından götürüb.
8. Əsər dövrümüzün hər kəs tərəfindən qəbul olunan klassikası sayılır.Roman işiq üzü gördükdən sonra əsəri sevənlər qədər tənqid edənlər də tapıldı. Məsələn "Nyu-York Times” jurnalının məşhur tənqidçisi Ralf Tompson əsəri çəkinmədən yerdən-yerə vurub, süjet xəttinin inandırıcı olmadığını və zəif təqdim olunduğunu yazmışdı.
9. Ekranlaşdırılmış əsər satışı üzrə rekord vurdu.1936-ci ildə Mitçell əsəri ekranlaşdırılması üçün 50000 dollara satdı. Bu o dövrə görə tamamilə yeni göstərici demək idi. O, çəkilişlərdə iştirak etməkdən boyun qaçırsa da, ekran işinin nəticəsini bəyənmişdi.
10. Yazıçı Marqaret Mitçelli əsərinin qəhrəmanlarından da acı tale gözləyirdi.1949-cu il avqustun 11-də həyat yoldaşı ilə birgə kinodan qayıdan Mitçelli yolu keçmək istərkən avtomobil vurur. Bir neçə gün sonra Marqaret vəfat edir. İçkili taksi sücüsü isə cəmi 18 ay həbs həyatına məhkum edilir.

Tərcümə edən:Aslanova Aysel

banner

Oxşar Xəbərlər