• cümə, 26 Aprel, 20:04
  • Baku Bakı 22°C

Külək Lerikin 50 yaşayış məntəqəsini işıqsız qoydu

02.12.16 21:04 790
Külək  Lerikin 50 yaşayış məntəqəsini işıqsız qoydu
Dağlıq Lerik rayonunda güclü külək əsib.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, külək günorta saatlarından başlayıb və axşam daha da güclənib. Nəticədə rayonun yüksək gərginlikli Şingədulan ərazi elektrik paylayıcı xəttində 4 dayağın aşması ilə bir sıra yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Hazırda ümumilikdə rayonun 50-dək kəndi işıqsız qalıb.

İcra rəsmisinin sözlərinə görə, təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində rayonun müvafiq qurumları tərəfindən tədbirlər görülür.
banner

Oxşar Xəbərlər