• cümə, 26 Aprel, 13:48
  • Baku Bakı 23°C

Külək güclənəcək

24.08.17 12:32 1213
Külək güclənəcək
Avqustun 25-də Bakı və Abşeron yarımadasındahava yağmursuz keçəcək. Şimal-qərb küləyi arabir güclənəcək.

ETSN-dənAPA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 22-25° isti, gündüz 30-35° isti, Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 65-75%, gündüz 45-50 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

Azərbaycanın rayonlarındahavaəsasən yağmursuz keçəcək. Lakin gündüz Böyük Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24°, gündüz 34-39 isti, dağlarda gecə 13-18°, gündüz 25-30° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər