• cümə, 19 Aprel, 22:15
  • Baku Bakı 24°C

Külək güclənəcək, temperatur 5-7 dərəcə düşəcək

25.05.18 14:00 482
Külək güclənəcək, temperatur 5-7 dərəcə düşəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentihavaşəraiti ilə əlaqədar xəbərdarlıq yayıb.
Departamentdən APA-ya bildirilib ki, bayın 26-sı axşamdan 27-si axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə enəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, mayın 26-sı axşamdan 27-si axşamadək Abşeron yarımadasında atmosfer təzyiqinin qısamüddətə xeyli yüksəlməsi fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
banner

Oxşar Xəbərlər