• şənbə, 20 Aprel, 10:21
  • Baku Bakı 14°C

Külək əsəcək, sulu qar yağacaq - Proqnoz

09.04.14 10:56 1051
Külək əsəcək, sulu qar yağacaq - Proqnoz
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, aprelin 10-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı gözlənilir. Günün ikinci yarıdında hava dəyişkən buludlu olacaq. Cənub küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-8, gündüz 13-18 dərəcə isti olacaq.
Aprelin 10-da Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar yağacaq. Şimşək çaxma ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək .
Havanın temperaturunun Aran rayonlarında gecə 3-8, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 9-14, bəzi yerlərdə 17 dərəcə isti olacağı gözlənilir.
Aprelin 11 və 12-də bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Aprelin 11-də axşam çənub küləyi şimal-qrəb küləyi ilə əvəz olunacaq. Bakıda və Abşeron yarımadasında gündüz havanın temperaturu 12-18 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın temperaturunda ciddi dəyişikliyin olacağı gözlənilmir. Aprelin 11 və 12-də gündüz hava əsasən yağmursuz olacaq, gecə və axşam bəzi ərazilərdə yağış, dağlıq ərazilərdə sulu qar yağacaq.
banner

Oxşar Xəbərlər