• cümə axşamı, 18 aprel, 14:00
  • Baku Bakı 22°C

Külək davam edəcək, bəzi yerlərdə güclənəcək

26.07.17 13:00 685
Külək davam edəcək, bəzi yerlərdə güclənəcək
İyulun 27-də Bakı və Abşeron yarımadasındahavadəyişkən buludlu, yağmursuz keçəcək.
Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
ETSN-dənAPA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 23-26° isti, gündüz 31-36°, Bakıda gecə 24-26° isti, gündüz 32-34° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.
Azərbaycanın rayonlarındahavayağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25° isti, gündüz 35-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər