• çərşənbə, 24 Aprel, 02:12
  • Baku Bakı 14°C

Kukla Teatrı festivala yollandı

03.05.14 13:36 1680
Kukla Teatrı festivala yollandı
Dünən, may ayının 1-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı heyəti Rusiya Federasiyasının Kurqan şəhərində keçiriləcək festivala yola düşüb. Mayın 10-na kimi davam edəcək festivalda teatrın truppası "Şou çanta trio və...” tamaşası ilə vətənimizi təmsil edəcəklər.
Tamaşanın rejissoru Qurban Mənsimovdur. Sözügedən tamaşa teatrın repertuarında olan müxtəlif tamaşalardan yığılmış səhnəciklərdən qurulub. Tamaşada rolları teatrın aktyorları Elnur Abbasquluyev, Elnur Əliyev və Rəhim Rəhimov ifa edəcəklər.
banner

Oxşar Xəbərlər