Kubokun püşkü atıldı

Kubokun püşkü atıldı

İdman
12 Oktyabr 2012, 10:04 1130
Oktyabrın 11-də 2012/2013-cü il Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib. Kubok uğrunda yarışda 21 komanda iştirak edəcək. Bunlardan 12-si Premyer Liqanı, qalan 9-u isə I Divizionu təmsil edir.

“Neftçi”, “Xəzər Lənkəran”, “İnter”, “Qarabağ”, “Bakı”, “Qəbələ”, AZAL, “Rəvan”, “Kəpəz”, “Simurq”, “Turan”, “Sumqayıt”, “Qaradağ Lökbatan”, “Neftçala”, “Bakılı”, “Lokomotiv”, “Tərəqqi”, “Şuşa”, MOİK, “Ağsu”, “Qala”.
Əsasnaməyə uyğun olaraq Azərbaycan kubokunun 1/4 finalınadək komandalar qalibi bir oyunda müəyyən edəcək. 1/4 final mərhələsindən başlayaraq isə cütün qalibi ev və səfər oyunlarında alınmış nəticələrə görə müəyyən ediləcək.
Püşkatma saat 16.00-da başlanılıb.

Artıq bütün cütlüklər bəllidir:

24 oktyabr

"Tərəqqi" - "Ağsu"
"Bakılı" - MOİK
"Şuşa" - "Neftçala"
"Qaradağ Lökbatan" - "Lokomotiv"
"Qala" - "Kəpəz"
"Rəvan" - "Turan"

28 noyabr

"Simurq" - AZAL
"Sumqayıt" - "Bakı"
"Qəbələ" - "Qaradağ Lökbatan" - "Lokomotiv" cütünün qalibi ilə
"Qarabağ" - "Qala" - "Kəpəz" cütünün qalibi ilə
"İnter" - "Bakılı" - MOİK cütünün qalibi ilə
"Xəzər Lənkəran" - "Rəvan" - "Turan" cütünün qalibi ilə
"Neftçi" - "Tərəqqi" - "Ağsu" cütünün qalibi ilə