• cümə, 29 Mart, 06:36
  • Baku Bakı 5°C

Kubokun ikinci finalçı da fəaliyyətini dayandıra bilər

15.01.19 11:35 503
Kubokun ikinci finalçı da fəaliyyətini dayandıra bilər
2017/2018 mövsümündə Rusiya kubokunun finalçısı olmuş "Avanqard” ciddi maliyyə böhranı ilə üzləşib.
Kaspi.az xəbər verir ki, klubun futbolçulara xeyli borcu var. Məlumata görə, oyunçulara 4 aydır ki, məvacib ödənilmir. Üstəlik, qələbələrə görə verilən mükafatlar da hələ ötən mövsümdən ödənilməyib.
Borcun 100 milyon rubla yaxın olduğu bildirilir. Ötən il regional büdcədən kluba 177 milyon rubl ödənilib.
Futbolçular qış məzuniyyətinə çıxmaqdan imtina ediblər. Komandanın çempionatın ikinci dövrəsinə neçə hazırlaşacağı da bəlli deyil.
Onu da qeyd edək ki, hazırda Rusiyanın birinci divizionunda çıxış edən "Avanqard” kubokun finalında "Tosno”ya məğlub olmuşdu – 1:2. Maraqlıdır ki, final qarşılaşmasından sonra "Tosno” da maliyyə böhranı ucbatından fəaliyyətini dayandırmışdı.
banner

Oxşar Xəbərlər