• cümə, 19 Aprel, 17:08
  • Baku Bakı 25°C

Kuba televiziyasında “Odlar Yurdu Azərbaycan” filminin nümayişi davam edir

08.03.17 12:45 909
Kuba televiziyasında “Odlar Yurdu Azərbaycan” filminin nümayişi davam edir
Məlumat verildiyi kimi, 2017-ci ildə Azərbaycan ilə Kuba Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə əlaqədar Kubanın "Havana” televiziya kanalı "Odlar Yurdu Azərbaycan” sənədli filminin çəkilişlərinə başlamışdır. Layihə çərçivəsində ardıcıl olaraq çərşənbə axşamlarında Azərbaycanın əziz bayramı olan Novruz bayramı və xalqımızın qədim və zəngin mədəniyyətindən bəhs edən reportajlar təqdim edilir.
Martın 7-də "Havana” kanalında nümayiş etdirilmiş növbəti telereportajda Yel çərşənbəsi haqda geniş bəhs edilib, xalqımızın sülhsevərliyindən, Azərbaycanın nadir təbiət incilərindən, Novruz bayramına xas olan adətlərdən və milli mətbəximizin təamlarından danışılıb. Reportaj zamanı ölkəmizdə mövcud olan turizm imkanlarından bəhs edən görüntülər də nümayiş etdirilib.
Layihə çərçivəsində Novruz bayramı və Azərbaycan xalqının mədəniyyəti haqqında ardıcıl reportajların izləyicilərə təqdim edilməsi nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər