• çərşənbə axşamı, 23 aprel, 21:20
  • Baku Bakı 20°C

KTMT sammitinin bəyanatında Qarabağ münaqişəsinə də yer ayrılıb

23.12.14 15:27 784
KTMT sammitinin bəyanatında Qarabağ münaqişəsinə də yer ayrılıb
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində birgə bəyanat qəbul olunub.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bəyanatda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyi qeyd olunub.
Dövlət başçılarının birgə bəyanatında Əfqanıstan amili nəzərə alınaraq, Orta Asiyada terrorizm və ekstremizm təhlükəsindən narahatlıq ifadə olunub, habelə Ukraynada sülhün bərpa olunmasının vacibliyi vurğulanıb.
Sammitin yekununda 22 sənəd imzalanıb.
Qeyd edək ki, bu gün Kremldə KTMT dövlət başçılarının iclası keçirilib. Toplantıda Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Almazbek Atambayev, Tacikistan prezidenti İmaməli Raxmon, Ermənistan prezidenti Serj Sarkisyan və KTMT baş katibi Nikolay Bordyuja iştirak ediblər. Dövlət başçılarının ilk həm dar çərçivədə, həm də nümayəndə heyətləri ilə birgə görüşü keçirilib.
banner

Oxşar Xəbərlər