• cümə axşamı, 25 aprel, 17:17
  • Baku Bakı 23°C

KTMT-nin Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı təcili iclası təxirə salınıb

13.07.20 16:51 681
KTMT-nin Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı təcili iclası təxirə salınıb
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı təcili iclası təxirə salınıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov "RİA Novosti” agentliyinə bildirib.
"KTMT Daimi Şurasının Ermənistan-Azərbaycan sərhədində vəziyyətin müzakirə ediləcəyi formatın müəyyənləşdirilməsi üçün iclasın keçirilməsi üzv dövlətlərlə əlavə məsləhətləşmələrin aparılması zərurəti səbəbindən təxirə salınıb", - deyə KTMT mətbuat katibi bildirib.
Qeyd edək ki, daha əvvəl Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı KTMT-nın baş katibi Aleksandr Zasın təşəbbüsü ilə iyulun 13-də qurumun Daimi Şurasının təcili iclasının çağırılması ilə bağlı məlumat yayıb. Həmin məlumat KTMT-nin saytında yerləşdirilib. Lakin sonradan həmin məlumat saytdan yığışdırılıb.
banner

Oxşar Xəbərlər