• çərşənbə axşamı, 23 aprel, 14:05
  • Baku Bakı 24°C

KTMT Dağlıq Qarabağda sülhün bərqərar olunmasını alqışlayır

11.11.20 18:30 404
KTMT Dağlıq Qarabağda sülhün bərqərar olunmasını alqışlayır
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Dağlıq Qarabağ münaqişə zonasında döyüş əməliyyatlarının dayandırılmasını alqışlayır.
Trend-in məlumatına görə, bunu KTMT-nin baş katibi Stanislav Zas deyib.
O, döyüş əməliyyatlarının dayandırılması faktını yüksək qiymətləndirdiyini bildirib:
"Bu, Rusiya və Azərbaycan prezidentiləri, Ermənistanın baş naziri arasında müvafiq bəyanat imzalamasından sonra mümkün oldu. Biz regionda sülhün bərqərar olmasında və qan tökülməsinin dayandırılmasına gətirib çıxaran bütün addımları alqışlayırıq".
banner

Oxşar Xəbərlər